AZ

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı silahlı insidentlə bağlı daha bir nəfər həbs edilib

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bununla da saxlanılan şübhəlilərin sayı 11-ə çatıb.

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı 10 nəfər saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq çərçivəsində aprelin 8-də İstanbul və Kocaelidə əməliyyat keçirilib, nəticədə 5 şübhəli saxlanılıb.

Ötən gün də silahlı insidenti törədənlərdən ikisi daxil olmaqla ümumilikdə 5 nəfər saxlanılmışdı. Bununla da saxlanılan şəxslərin sayı 10-a çatıb.

Hazırda 8 şübhəlinin İstanbul Şəhər Polis İdarəsində istintaqı aparılır, 2 nəfərin də xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı da silahlı insident zamanı xəsarət alıb.

Seçilən
28
1
far.az

2Mənbələr