AZ

Azərbaycanlı jurnalistin oğlu Norveç ordusuna əsgər aparıldı FOTO

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Norveçdə yaşayan azərbaycanlı jurnalist İdrak Abbasovun oğlu bu ölkənin Silahlı Qüvvələrində hərbi xidmətə aparılıb.Modern.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Yeganə Abbasova bildirib.“Bu gün əziz oğlumuz yeni vətənimiz Norveç üçün borcunu yerinə yetirmək məqsədilə yola düşür. Ana və ata olaraq bu an bizim üçün qürurla doludur. O artıq təkcə bizim övladımız deyil, həm də ölkəyə xidmət edəcək bir əsgərdir.

O, hərbi xidmətə başlayır - Norveçin və NATO-nun sərhədlərinin qorunmasına töhfə verəcək. Bu, bizim üçün böyük bir şərəfdir. Ürəyimin dərinliyindən arzulayıram ki, dünya sülh və təhlükəsizlik içində yaşasın və heç bir ana övladını qeyri-müəyyən zamanlarda yola salmaq məcburiyyətində qalmasın. Ümid edirəm ki, bütün münaqişələr bir gün sülh yolu ilə həll olunacaq.

Ümid edirəm ki, oğlumuz Jonas da öz xidməti ilə buna töhfə verəcək. Biz onunla fəxr edirik və arzu edirəm ki, o həmişə təhlükəsiz olsun və yolu daim işıqlı olsun”.İdrak Abbasov 90-cı illərin sonlarından 2000-ci illərin oratalarınadək Azərbaycanda jurnalist fəaliyyəti göstərib - "İmpuls", "Ayna-Zerkalo" qəzetlərində işləyib, digər KİV-lə əməkdaşlıq edib. O, ailəsi ilə birgə 2015-ci ildə Norveçə köçüb. Yeddi ildən sonra onlar ailəlikcə Norveç vətəndaşlığına qəbul olunub. Jurnalistin 1 qızı, 3 oğlu var.İ.Abbasov hazırda Norveçdə yerli KİV-lə, o cümlədən “Bø Blad” qəzeti ilə əməkdaşlıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
modern.az

1Mənbələr