Moskvada çamadan içərisində kişi meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Moskvadakı Lianozovski meşə təsərrüfatı ərazisində dəhşətli tapıntı aşkar edilib. Parkda gəzintiyə çıxan qadın yarğanlardan birində mavi rəngli çamadan görüb.
Çamadanı açan qadın içərisində kişi meyitinin olduğunu görüb və dərhal polisə məlumat verib.
Hadisə yerinə gələn əməliyyat qrupu meyitin 35-40 yaşlarında bir kişiyə aid olduğunu və onun ehtimal ki, əcnəbi olduğunu müəyyən edib.
İlkin tibbi müayinə zamanı cəsədin üzərində kəsilmiş-deşilmiş yaralar aşkar olunub. Ekspertlərin fikrincə, şəxsin ölümü 5-7 gün əvvəl baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az