AZ

Karapetyandan sərt təhqir: Paşinyana bomj dedi

Ermənistanda seçkilər öncəsi siyasi polemika açıq təhqir səviyyəsinə çatıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan baş nazir Nikol Paşinyana qarşı sərt və təhqiramiz ifadələr işlədib.

O, “Facebook” səhifəsində yaydığı videomüraciətdə bunları yazıb: "daxilən bomj olan biri baş nazir olması bax belə olur”.

Karapetyan Paşinyanın son açıqlamalarını tənqid edərək bu cür leksikanın dövlət rəhbərinə yaraşmadığını iddia edib və “Bu, baş nazirin istifadə etdiyi dildir?” sualını səsləndirib.

Qeyd edək ki, qalmaqal Paşinyanın səhər saatlarında etdiyi açıqlamadan sonra başlayıb. Baş nazir bildirib:
“Kaluqadan (Rusiya şəhəridir, bununla Karapetyanın Rusiya vətəndaşı olmasına işarə edilir-red.) gələn Samvel nümayəndələri vasitəsilə məni qorxmamağa çağırır. Necə qorxmayım? Qorxuram ki, ilin sonuna qədər milyarderdən bomja çevriləsən”.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr