Odessada Rusiya dronları liman infrastrukturuna zərbə endirib.
"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper bildirib ki, gecə düşmən yenidən hücum dronları ilə cənubi Odessaya hücum edib:
“Mülki və liman infrastrukturuna ziyan dəyib. Hücumdan sonra anbar və yardımçı bina qismən dağılıb. Sonrakı yanğınlar nəzarət altına alınıb”.
"Cebheinfo.az"