ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də səhər saatlarında rayonun Aran qəsəbəsində qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan “BYD” markalı avtomobil yoldan çıxaraq qəbiristanlığın hasarına çırpılıb. Güclü zərbə nəticəsində nəqliyyat vasitəsi aşıb.
Şahidlərin bildirdiyinə görə, qəzaya ilkin səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib. Aşmış nəqliyyat vasitəsi ərazidə olan vətəndaşların köməyi ilə yenidən təkərləri üzərinə qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.