Xatırladaq ki, ötən mövsümün qalibi məhz “Birbaşa Bakı” idi. Bəs, bu dəfə də çempionluğu qeyd etməyə nə mane oldu? Böyükhesablı məğlubiyyətin səbəbi nədi?
Bu suallarla paytaxt təmsilçisinin baş məşqçisi Dan Marius Mituya müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"İlk növbədə “Zirə”ni təbrik edirəm. Düşünürəm ki, mövsümboyu ən sabit və ən yaxşı oyun göstərən komanda sonda tam layiqli şəkildə çempion oldu. Oyuna gəlincə, hesab 1:4 olsa da, məncə meydandakı mənzərə bu qədər fərqli deyildi. Final bir neçə kritik epizod və xırda detal üzərində həll olundu. Belə oyunlarda məhz həmin anlar nəticəni müəyyənləşdirir. Yenə də mən heç vaxt yorğunluq, ağır mövsüm və ya başqa məqamların arxasında gizlənməyi sevmirəm. Bizim səviyyədə klub üçün bunlar səbəb ola bilməz. Düşünürəm ki, əsas fərq həlledici anlarda rəqibin daha düzgün qərarlar verməsi və şanslardan maksimum istifadə etməsi oldu. Amma biz, adətən, güclü olduğumuz o detallarda bu dəfə istədiyimiz səviyyədə olmadıq. Ümumiyyətlə, ən çox çatışmayan məqam həlledici epizodlarda o son soyuqqanlılıq və maksimum konsentrasiya oldu. Yenə deyirəm, finalı məhz belə detallarda qazanırlar. Uzun illər çempion olan komanda üçün belə məğlubiyyətlər bəzən faydalıdı, çünki həm aclığı, həm də daxildəki idman qəzəbini yenidən qaytarır. Əminəm ki, bu final bizi növbəti mövsümdə daha da güclü edəcək".
Xatırladaq ki, 3-cü yer uğrunda oyunda da "Aznur" "Sumqayıt"a qalib gəlib (6:4).
KƏNAN BAHADIR