AZ

Bütün tariximizdə belə diplomatik fəlakət olmamışdı: Netanyahuya qarşı etiraz başladı

İranla əldə olunan atəşkəs razılaşması ilə bağlı açıqlama verən İsrail müxalifətinin lideri Yair Lapid, İsrail Baş naziri Benyamin Netanyahunu tənqid edib.

Publika.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Lapidin sözlərinə görə, Netanyahu müharibədə qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyib:

“Bütün tariximizdə heç vaxt belə bir diplomatik fəlakət olmayıb. Milli təhlükəsizliyimizin əsas məsələləri ilə bağlı qərarlar qəbul ediləndə belə İsrail danışıqlar masasında deyildi. Netanyahu diplomatik, strateji cəhətdən uğursuz olub və özünün qarşıya qoyduğu heç bir məqsədə çatmayıb. Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırmasının olmaması səbəbindən vurduğu diplomatik və strateji ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq”.

Seçilən
22
publika.az

1Mənbələr