Bağdadda pilotsuz uçuş aparatının (İHA) evə düşməsi nəticəsində 2 nəfərin həlak olduğu açıqlanıb. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb. Yayılan yazılı məlumatda bildirilir ki, Bağdadın müxtəlif bölgələrində bəzi evlərə PUA-lar düşüb. Hadisə nəticəsində Amiriya bölgəsində bir evə düşən PUA 2 şəxsin həyatına son qoyub. Eyni zamanda, Bağdadın Taci və Seba əl-Bur bölgələrində Haşdi Şabiyə aid bir kampa edilən hava zərbəsi zamanı bir rütbəli hərbçi və dörd təhlükəsizlik əməkdaşı yaralanıb. Daxili İşlər Nazirliyi hadisələrin bütün aspektlərinin araşdırılması üçün təcili istintaq başladıldığını, vətəndaşlara isə diqqətli olmaları və hadisə yerlərindən uzaq durmaları tövsiyə olunub.