ain.az bildirir, 525.az portalına istinadən.
İspaniyanın Baş naziri Pedro Sançes İran ətrafındakı münaqişənin səbəb olduğu dağıntıları və itkiləri unutmamağa çağırıb.
525.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
Onun fikrincə, atəşkəs "həmişə yaxşı xəbərdir", xüsusən də bu, ədalətli və davamlı sülhə gətirib çıxarırsa.
"Amma qısa müddətli rahatlıq bizə xaosu, dağıntıları və itirilmiş həyatları unutdura bilməz. İspaniya hökuməti dünyanı alovlandıranları daha sonra sadəcə vedrə ilə peyda olduqları üçün alqışlamayacaq. İndi nə lazımdır: diplomatiya, beynəlxalq hüquq və SÜLH”, - Baş nazir bildirib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.