Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən Dövlət Sort-Sınaq Məntəqləri üçün elan edilən əkin və biçin xidmətlərinin satın alınması üzrə hər iki tender 7 aprel 2026-cı il tarixində ləğv olunub.
32gun.az xəbər verir ki, Biçin xidmətləri üçün ehtimal olunan qiymət 28.407,00 AZN, əkin xidmətləri üçün isə 90.302,16 AZN müəyyən edilsə də, müsabiqələrdə iştirak etmək üçün təklif təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən satınalma prosesləri dayandırılıb.
Ümumi ehtimal olunan dəyəri 118.709,16 AZN təşkil edirdi.