AZ

İşlədiyi evdən 30 minlik oğurluq etdi, saxlanıldı

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib. Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
4
31
buta.tv

10Mənbələr