AZ

ABŞ-İran atəşkəsi Vens və Çin sayəsində əldə edilib

Vaşinqton və Tehran arasında iki həftəlik atəşkəs ABŞ vitse-prezidenti Ceyms Devid Vens və Çin tərəfinin səyləri sayəsində əldə edilib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Associated Press (AP) nəşri bu barədə yazıb.

Bildirilib ki, Vens danışıqlara çərşənbə axşamı qoşulub və Çin İranı razı salmaqda mühüm rol oynayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsə razılıq verdiyini açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton və Tehran uzunmüddətli sülh barədə yekun razılığa gəlməyə yaxındırlar.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
2
missiya.az

1Mənbələr