AZ

Azərbaycan və Qazaxıstan arasında media sahəsində tərəfdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

8 aprel tarixində Medianın İnkişafı Agentliyində (MEDİA)Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirininmüavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşkeçirilib.

Bu barədə Trend-ə MEDİA-dan məlumat verilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhmədİsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıqmünasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, mediasahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyinivurğulayıb.

O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi,media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsindəbirgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyətvə etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevikvə effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsbedir.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirininmüavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və mediasubyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgəlayihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatlarınyayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlıəməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyiningücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təminolunması istiqamətində fikir mübadiləsi aparılıb.

Qazaxıstan Respublikasının xarici işlər nazirinin müşaviriAlişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründəmedia sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər dahadayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmətedir. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaqkommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətəçatdırıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
12
29
az.trend.az

10Mənbələr