AZ

Özbəkistan PA-nın rəhbəri ABŞ rəsmiləri ilə görüşdü

BAKI, 8 aprel. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrirlə görüşüb.

Teleqraf xəbər verir ki, Vaşinqtonda baş tutan görüşdə ABŞ investorlarının Özbəkistana artan marağı müzakirə edilib.

“İkitərəfli ticarətdə qarşılıqlı faydalı tənzimləmə yaradacaq razılaşmalar üzərində işləyirik. Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq səylərinə verdiyi dəstəyə görə ABŞ nümayəndəsinə təşəkkür edirəm”, - Mirziyoyeva sosial media hesabında yazıb.

Özbəkistan PA-nın rəhbəri bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə işgüzar səhər yeməyində görüşüb. Görüşdə ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının ilk iclasının nəticələrini müzakirə olunub.

Seçilən
12
teleqraf.com

1Mənbələr