Premyer Liqada sonuncı sırada qərarlaşan “Karvan-Yevlax” klubu baş məşqçi Füzuli Məmmədovla bağlı qərarını verib.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik təcrübəli mütəxəssislə yola davam edəcək. Komanda I Liqaya düşsə belə, Məmmədov postunda qalacaq.
Yevlax təmsilçisi bu barəda baş məşqçiyə də məlumat verib.
Rəhbərlik komanda elitanı tərk etsə də, Məmmədovla yenidən Premyer Liqaya yüksələ biləcəyini düşünür.