AZ

“Bu İsrail üçün diplomatik fəlakətdir” Müxalifət Netanyahunu “topa tutur”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bütün tariximizdə heç vaxt belə bir diplomatik fəlakət görməmişik. Milli təhlükəsizliyimizin təməlləri ilə bağlı qərarlar qəbul edilərkən İsrail danışıqlar masasında belə iştirak etmədi". 

“AzPolitika” xəbər verir ki, bunu İsrail müxalifət lideri Yair Lapid deyib.

O, Baş nazir Benyamin Netanyahunu İranla atəşkəs razılaşması danışıqları ilə bağlı sərt tənqid edib.

İsrail müxalifət liderinin sözlərinə görə, "ordu ondan tələb olunan hər şeyi etsə də, ictimaiyyət heyrətamiz dözümlülük nümayiş etdirsə də, Netanyahu diplomatik və strateji uğursuzluğa düçar olub, qarşıya qoyduğu heç bir məqsədə çata bilməyib": "Netanyahunun təkəbbür, səhlənkarlıq və strateji planlaşdırmanın olmaması səbəbindən İsrailə vurduğu diplomatik və strateji ziyanı bərpa etmək üçün illər lazım olacaq".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr