Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cümə günü Pakistanda keçiriləcək ABŞ-İran danışıqlarında İran nümayəndə heyətinə İran İslam Şurası Məclisinin (Parlament) sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb. Nümayəndə heyətinə daha kimlərin daxil olacağı qeyd edilmir.
Bundan öncə ABŞ mediası yazıb ki, Amerika nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti C.D.Vens rəhbərlik edəcək. Heyətə Trampın xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin də daxil olduğu iddia edilir.
İran mediası xəbər verir ki, İranın təklif etdiyi 10 maddəlik plana təkcə nüvə proqramı və regional təhlükəsizlik deyil, həm də son 45 ildə İrana tətbiq edilən ilkin və ikinci dərəcəli sanksiyaların götürülməsi də daxildir.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.