Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bir neçə gün əvvəl Bakıda möhtəşəm dekorasiyası və məşhur qonaqları ilə diqqət çəkən toy məclisi ilə bağlı yeni detallar üzə çıxıb.
Axşam.az xəbər verir ki, gəlin Aysel özəl günləri üçün tanınmış stilist Xəyalə Quliyevaya müraciət edib. O, həm xına mərasimində, həm də toy günündə saç və makiyajını tamamilə stilistin zövqünə həvalə edib.
Zövqlə təşkil olunan məclisdə hər detal incəliklə düşünülüb. Gəlinin həm xına, həm də toy obrazı Xəyalə Quliyeva tərəfindən xüsusi olaraq hazırlanıb. Xına gecəsində qırmızı tonlar üstünlük təşkil edib və bu seçim makiyajda da öz əksini tapıb.
Toy günündə isə Xəyalə Quliyeva tərəfindən gəlinə daha zərif, sadə, lakin eyni zamanda cazibədar bir obraz hazırlanıb. Stilist saç düzümü və makiyajı incə detallar üzərində quraraq gəlinin gözəlliyini ön plana çıxarıb.
Uzun illərdir stilist kimi fəaliyyət göstərən Xəyalə Quliyeva bu günə qədər Bakının ən dəbdəbəli toylarında gəlinlərin ən çox üz tutduğu mütəxəssislərdən biri olaraq seçilir.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.