“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandasının qapıçısı Manuel Noyer barədə fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis Noyerin tarixin ən yaxşı qapıçısı olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Hər kəsin öz seçimi ola bilər. Amma Manu uzun illər yüksək səviyyəni qoruyan nadir futbolçulardandır. Bu yaşda belə çıxış etmək çox çətindir. 30 yaşında onunla işləmək necə idi bilmirəm, amma indi də inanılmaz təsir bağışlayır. Belə oyunlarda xüsusi performans lazımdır”.
Qeyd edək ki, 40 yaşlı qolkiper 2011-ci ildən “Bavariya”nın formasını geyinir.