AZ

"Altıncı dəqiqədə rəqib bizim futbolçuya qarşı daha kobud oynamışdı, amma vərəq göstərilmədi"- "Zirə" ilə matçda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu

"Zirə"yə qarşı görüş maraqlı alındı. Şübhəm yoxdur ki, meydanda 11 nəfərlə qalsaydıq qalib gələ bilərdik. Bizim oyunumuz belədir, müdafiədə dayanırıq, səbirlə gözləyirik, müdafiəni möhkəm saxlayırıq. Boşluq tapan kimi oradan hücum edirik. Bu şəkildə bir çox komandaları cəzalandıra bilmişik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın futbolçusu Dieqo Balau deyib. Bölgə təmsilçisinin portuqaliyalı futbolçusu Misli Premyer Liqasının 26-cı turunun "Zirə"(1:1) ilə görüşündəki heç-heçəni şərh edib. Bununla yanaşı, o, ikinci hissədə qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirib: "Düzü, öncə VAR-ı müdaxiləsini gözləyirdim. Üstəlik, məni tanıyanlar da bilir ki, mən meydançada çox reaksiya göstərən biri deyiləm. Amma təbii ki, pis olmuşdum. Bir şeyi də deyim ki, görüşün 6-cı dəqiqəsində bizim futbolçuya qarşı daha çox kobudluq olmuşdu. Lakin baş hakim rəqibin futbolçusuyan vərəqə də göstərmədi".

Balau cəza səbəbindən növbəti turda "Qarabağ"a qarşı baş tutacaq oyunda iştirak etməməsi haqda isə bu cür danışıb: "Təbii ki, "Qarabağ"a qarşı oynamayacağım üçün üzülürəm. Lakin mən yoxamsa, bizim Edqar Adilxanov, Həbib İsmayılov kimi futbolçularımız var. O mövqedə oynaya bilirlər. Özlərini göstərmək üçün yaxşı şansdır".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
13
2
sportal.az

3Mənbələr