AZ

“Qarabağ”a kim çatar?

Misli Premyer Liqasının 2025-26 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, rekord 26-cı turun “Qarabağ” – “Karvan-Yevlax” oyununda qırılıb.

Ağdam təmsilçisi çempionatın debütantının qapısından 7 cavabsız top keçirib. Bununla “Qarabağ” ən böyükhesablı qalibiyyət rekordunu ələ keçirib.

Buna qədər ən böyük fərq 6 topla olub. “Qarabağ” 23-cü turda “Araz-Naxçıvan”ı, “Neftçi” 25-ci turda “İmişli”ni 6:0 hesabı ilə üstələyibsə, “Sabah” 23-cü turda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Seçilən
13
sportinfo.az

1Mənbələr