Bakıda 9 yeni metrostansiyanın tikintisi nəzərdə tutulur.
"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.
Onun sözlərinə görə, B4 stansiyası bu ilin sonunda istismara veriləcək, digər 9 stansiyada isə paralel şəkildə tikinti işləri aparılacaq.
Layihə çərçivəsində "Bənövşəyi" və "Yaşıl xətt" üzrə ümumilikdə 8 tunel qazma maşını istifadə ediləcək.
Bu templə tikinti işlərinin 2030-cu ilin sonuna qədər tamamlanması mümkündür.
Telegram kanalımız