AZ

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanıldı

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
 
DİN-dən Moderator.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
 
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma aparılır.
 
Seçilən
5
31
moderator.az

10Mənbələr