Bakı. Trend:
Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərinbirindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərindəqızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb.
Bu barədə zərərçəkən polisə müraciət edib.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.