Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Yaxın Şərqdə atəşkəsin Livana qədər uzadılmasını dəstəkləyir. Bu barədə RİA Novosti bildirib.
Makron Fransa Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib: “Biz atəşkəsin Livana tam şəkildə şamil olunmasını təmin etmək istəyirik”.
Fransa lideri qeyd edib ki, Fransa Livan silahlı qüvvələrinə dəstəyi artırmalıdır ki, onlar bütün Livan üzərində nəzarəti bərpa edə bilsinlər və Hizbullah hərəkatı ilə qarşılaşa bilsinlər.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq barədə razılığını açıqlamış və atəşkəsin qarşılıqlı olacağına zəmanət vermişdi. Daha sonra İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranın ABŞ ilə danışıqlara 10 aprel cümə günü Pakistanın İslamabad şəhərində başlayacağını açıqlamışdı .
P.ƏMİRCANOV
XQ