“Liv Bona Dea Hospital”ın “Liv Hospital” şəbəkəsinə aid olmadığı iddia edilir.
O bildirib ki, “Bona Dea” məhkəməyə “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiqləyən hər hansı sənəd təqdim etməyib:
“Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”ın mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı məlum oldu ki, “Bona Dea” şirkəti onun məşhur “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməyib.
Mən əməliyyat üçün xəstəxana seçərkən məhz “Liv” adına güvənərək oraya müraciət etmişdim.
Xatırladım ki, “Liv Hospital” yüksək beynəlxalq standartlarla fəaliyyət göstərən klinika şəbəkəsidir.
Əgər bilsəydim ki, “Bona Dea” “Liv Hospital”ın filialı deyil, heç vaxt onlara müraciət etməzdim”.
Xatırladaq ki, “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbekdir. Tibb müəssisəsinin idarə heyətində, həmçinin, İdarə Heyətinin sədri Sevinc Abdullayeva və baş həkim Cabir Gülmalıyev də təmsil olunur.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa və açıqlamasını dərc etməyə hazırıq.
