AZ

Qulağında telefonla əks yolla sürdü; başqalarını borclu çıxartdı 10 RY 998 VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının mərkəzi küçələrindən birində sürücünün kobud qayda pozuntusu digər avtomobil idarəçisi tərəfindən ifşa edilib.

Avtosfer.az xəbər verir ki, hadisə aprelin 7-si Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində baş verib. Belə ki, İsmayıl bəy Qutqaşınlı küçəsindəki sıxlığa görə əks yola çıxan “Renault” markalı, 10-RY-998 nömrə nişanlı avtomobilin sürücüsü qarşıdan maşınların hərəkətinə mane olub.

Bu azmış kimi, sürücü avtomobili telefon qulağında idarə edib. Mikayıl Müşfiq küçəsindən gələnlərin yolunu kəsməsinə və qanunu pozmasına baxmayaraq, üstəlik onun qanun pozuntusunu çəkən sürücünü də borclu çıxarıb.

Qeyd edək ki, belə qayda pozuntuları təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Sürücülərdən xahiş olunur ki, tələskənlik və riskli manevrlərdən çəkinərək daha məsuliyyətli davransınlar.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr