AZ

Avropada qazın qiymətləri kəskin ucuzlaşdı

Avropada qaz qiymətləri ABŞ–İran atəşkəs xəbərləri fonunda kəskin ucuzlaşıb

Avropada qazın qiyməti 8 aprel tarixində keçirilən hərracların açılışında təxminən 17% ucuzlaşıb. Niderland yerləşən TTF habında may fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 544 dollara (yaxud 44,28 avro/MVt·saat) qədər geriləyib. Bu barədə ICE London birjasının məlumatlarında qeyd olunur.

Qiymətlərin enməsi Donald Tramp tərəfindən İran ilə iki həftəlik atəşkəsin mümkünlüyü və sonradan sülh sazişinin imzalana biləcəyi ilə bağlı açıqlamalara reaksiya olaraq baş verib.

Moskva vaxtı ilə saat 10:40-a olan məlumata əsasən, yay aylarını əhatə edən fyuçerslər də oxşar dinamika göstərib:

İyun fyuçersləri 16,6% ucuzlaşaraq 546 dollar (44,45 avro/MVt·saat) səviyyəsinə düşüb

İyul fyuçersləri 16,6% azalaraq 545,5 dollar (44,40 avro/MVt·saat) olub

Avqust fyuçersləri isə 16,5% ucuzlaşaraq 545 dollar (44,36 avro/MVt·saat) təşkil edib

Donald Tramp bildirib ki, o, İrana verilmiş ultimatumun müddətini iki həftə uzatmağa razılaşıb və tərəflər sülh nizamlanması istiqamətində irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, yekun razılaşma yaxın vaxtlarda rəsmiləşdirilə bilər.

Bu müddət ərzində İsrail də İrana qarşı zərbələri dayandıracaq. ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların aprelin 10-da İslamabad şəhərində keçirilməsi planlaşdırılır.

Rəsmi Tehranın mövqeyinə görə isə əldə olunan atəşkəs ölkə üçün siyasi uğur kimi qiymətləndirilir.

Seçilən
13
ikisahil.az

1Mənbələr