AZ

“İki həftəlik atəşkəs maraqlı tərəflərin diplomatik fəallığını artıracaq”

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Münaqişənin qlobal təhlükə səviyyəsinə qalxmasının əsas səbəbi enerji amilidir. Hörmüz boğazı ətrafında hər hansı yeni eskalasiya dünya neft bazarında ani şok yarada bilər. Atəşkəs xəbərlərindən sonra bazarda qiymətlərin sərt reaksiya verməsi də bunu göstərdi”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Burada əsas məsələ odur ki, enerji artıq sadəcə iqtisadi resurs deyil, müharibənin strateji silahına çevrilib.

Əgər bu xətt yenidən qızışarsa Avropa enerji böhranı ilə üzləşəcək, Asiya tədarük zəncirində sarsıntı yaşayacaq, qlobal inflyasiya yeni dalğaya girəcək, nəqliyyat-logistika marşrutları iflic ola bilər. Nəticədə dünya qlobal iqtisadi-maliyyə böhranla üz-üzə qalacaq. Çünki bu savaşın təsiri artıq Tehran, Təl-Əviv və Vaşinqton sərhədlərini çoxdan aşıb və çox təhlükəli bir mərhələyə qədəm qoyub ki, aşarsa olan-qalan qlobal nizam da pozular. O zaman heç bir güc  pozulan nizamın qarşısını ala bilməz.

Yeni mərhələ: böyük güclərin oyunu

Ən təhlükəli məqam isə bundan sonra başlayır. İki həftəlik atəşkəs maraqlı tərəflərin, daha doğrusu  Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin, Rusiya və Avropanın diplomatik fəallığını artıracaq. Hər kəs bu fasilədən öz geosiyasi dividendini çıxarmağa çalışacaq.

Məhz buna görə ABŞ–İsrail–İran savaşı artıq lokal münaqişə deyil, yeni dünya güc balansının sınaq poliqonudur.

Əgər İslamabad danışıqları uğur qazanarsa, bölgədə yeni təhlükəsizlik formatı yarana bilər. Əks halda, bu fasilə sadəcə daha böyük və dağıdıcı ikinci fazanın anonsu olacaq.

Bu gün görünən odur ki, dünya son anda böyük regional partlayışdan yayına bildi. Lakin təhlükə keçməyib. Müharibə sadəcə raketlərdən sənədlərə, səngərlərdən diplomatik masalara keçib.

Yaxın Şərqdə barıt qoxusu hələ çəkilməyib, sadəcə küləyin istiqaməti dəyişib”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
icma.az

1Mənbələr