AZ

Avropa diplomatiyasının rəhbəri ABŞ İran atəşkəsi fonunda Səudiyyə Ərəbistanına səfər edəcək

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Səudiyyə Ərəbistanına səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, səfər aprelin 8-nə planlaşdırılıb.

Məlumatda deyilir ki, “səfər təhlükəsizlik səbəblərinə görə gizli saxlanılıb”.

Buradan belə nəticə çıxır ki, avropalı diplomat Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budaivi ilə görüşməyi planlaşdırır. Tərəflərin Yaxın Şərq münaqişəsinin mümkün həll yollarını müzakirə edəcəyi gözlənilir.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr