İngiltərənin 1-ci Liqasında "Redinq"i 2:1 hesabı ilə məğlub edən "Linkoln Siti" Çempionşipə yüksəlib.
Fanat.Az xəbər verir ki, sona 6 tur qalmış 3-cü yerlə xal fərqini 19-a yüksəldən Maykl Skubalanın komandası istəyinə vaxtından əvvəl çatıb.
"Linkoln" 61 ildən sonra ilk dəfə Çempionşipdə oynamaq hüququ qazanıb. Hazırda 2-ci yerdəki təqibçisini 12 xal qabaqlayan kollektiv 24 oyundur ki, yenilgi tanımır və çempionluğa ən real namizəddir.
Qeyd edək ki, Çempionşipə qayıdığı ən uzun sürən komanda "Kryu Aleksandra" olub - 100 il.
Toğrul