AZ

Neftimiz 300 dollara da qalxa bilər, 60 a da düşə bilər: Səbəbi budur

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünya enerji bazarlarında qiymət dalğalanmaları fonunda Azərbaycanın əsas ixrac məhsulu olan “Azeri Light” markalı neftin dəyərində artım qeydə alınır. Son məlumatlara görə, Azərbaycan neftinin bir barelinin qiyməti 140 ABŞ dollarını ötərək 141,68 dollara yüksəlib ki, bu da qısa müddətdə əhəmiyyətli artım kimi qiymətləndirilir. Halbuki, ölkənin cari il üzrə dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulmuşdu.Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib Demokrat.az-a açıqlamasında deyib ki, neftin qiymətinin hətta bir saat sonra necə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir:“Bunun əsas səbəbi hazırda neft bazarında qiymətləri müəyyən edən əsas faktor klassik tələb-təklif münasibətləri deyil, İran və Körfəz regionunda davam edən hərbi-siyasi gərginlikdir. Məsələn, dünən Bakı vaxtı ilə saat 21:00-da Donald Trampın mətbuat üçün açıqlaması, yəni brifinqi gözlənilir. O, dünən bildirmişdi ki, İrana verilən vaxt başa çatır və çox sərt ifadələrlə mümkün addımlardan danışmışdı. Eyni zamanda, digər tərəfdən qeyd etmişdi ki, İranla danışıqlar da davam edir. Bazar məhz bu cür ziddiyyətli siqnallara çox həssas reaksiya verir və veriləcək bəyanatın məzmunundan asılı olaraq neftin qiymətində ani dəyişikliklər baş verə bilər. Əgər açıqlamada hərbi əməliyyatların genişlənəcəyi, məsələn, Tehran, Xarq adası və ya İsfahan kimi ərazilərə zərbələrin endiriləcəyi qeyd olunsa, bu halda neftin qiyməti kəskin şəkildə artaraq hətta 200-300 dollar səviyyəsinə qədər yüksələ bilər. Əksinə, əgər hərbi əməliyyatların dayandırılması və ya gərginliyin azalması ilə bağlı mesajlar verilsə, bu zaman neftin qiymətinin 100 dollardan aşağı düşməsi ehtimalı yüksəkdir”.O bildirib ki, məhz bu qeyri-müəyyənlik səbəbindən hazırda konkret proqnoz vermək düzgün deyil:“Hətta bir ay ərzində neftin qiymətinin 100 dollardan yuxarı olması belə, illik orta qiymətə ciddi təsir göstərmir, yalnız cüzi təsir edə bilər. Çünki sonrakı dövrdə qiymətlərin necə dəyişəcəyini əvvəlcədən demək mümkün deyil. Məsələn, çox ehtimal ki, müəyyən müddətdən sonra bazar yenidən sabitləşərək neftin qiyməti müharibədən əvvəlki - təxminən 60 dollar səviyyəsinə qayıda bilər. Bu baxımdan, indidən konkret rəqəmlər səsləndirmək - məsələn, 120, 140 və ya 150 dollar kimi qiymətlər üzərindən büdcəyə təsiri qiymətləndirmək real mənzərəni əks etdirmir. Daha obyektiv nəticələr əldə etmək üçün rəsmi statistik göstəriciləri gözləmək lazımdır. Adətən hökumət birinci rübün yekunları ilə bağlı məlumatları aprelin ortalarında açıqlayır və məhz həmin göstəricilər əsasında real vəziyyəti daha dəqiq qiymətləndirmək mümkün olur. Ona görə də bu məsələdə tələsməmək və hadisələrin inkişafını diqqətlə izləmək daha doğru yanaşmadır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
demokrat.az

1Mənbələr