İsrail müxalifət lideri Yair Lapid ölkənin baş naziri Benyamin Netanyahunu İranla atəşkəs sazişi imzaladığı üçün tənqid edib.
“Bütün tariximizdə bu qədər böyük diplomatik uğursuzluq heç vaxt olmayıb. İsrail milli təhlükəsizliyimizin əsasları ilə bağlı qərarlar qəbul edilərkən danışıqlar masasında belə iştirak etmirdi,”. Bunu Lapid X sosial şəbəkəsindəki səhifəsində yazıb.
İsrail müxalifət liderinin sözlərinə görə, “ordu onlardan tələb olunan hər şeyi etdi və ictimaiyyət inanılmaz dözümlülük göstərdi”, Netanyahu “diplomatik və strateji məğlubiyyətə uğradı və özünə qoyduğu heç bir məqsədə çatmadı.”
“Netanyahunun təkəbbüründən, laqeydliyindən və strateji planlaşdırmanın çatışmazlığından yaranan diplomatik və strateji zərəri aradan qaldırmaq üçün illər lazım olacaq,” o əlavə etdi.