AZ

CASCFEN regionlarda təşkilatlanma prosesini davam etdirir

Bu dəfə Quba-Xaçmaz iqtisadi rayonu üzrə təmsilçilik fəaliyyətə başladı

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi regionlarda təşkilatlanma prosesini sürətlə davam etdirir. Bu istiqamətdə növbəti təmsilçilik Quba-Xaçmaz iqtisadi rayonunda yaradılıb.

Bu barədə İctimai Birliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, təmsilçilik ötən bazar günü rəsmən fəaliyyətə başlayıb.

Bildirilib ki, CASCFEN sədri Nadir Azəri Xaçmaz rayonuna səfər edərək iqtisadi rayon üzrə təmsilçiliyin bir qrup üzvünə üzvlük vəsiqələrini təqdim edib. Eyni zamanda, təmsilçiliyin rəhbəri vəzifəsinə təyin olunan Aqşin Dadaşoğlu üzvlərə və bir qrup rayon ziyalısına təqdim edilib.

Məlumatda həmçinin qeyd edilib ki, yaxın vaxtlarda digər iqtisadi rayonlar üzrə də yeni təmsilçiliklərin yaradılması planlaşdırılır.

Seçilən
17
3
sia.az

4Mənbələr