AZ

Hörmüz 2 həftəlik açılacaq: razılaşma əldə olundu

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini açıqlayıb. Prezident Tramp özünün "Truth Social" hesabındakı paylaşımda İrana verdiyi son tarixin bitməsindən bir neçə saat əvvəl Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarla bağlı mühüm bir açıqlama verib.

Tramp Pakistan Baş naziri Şahbaz Şərif və Pakistan Ordu Qərargah rəisi Asim Munirin rəhbərlik etdiyi iki ölkə arasında aparılan danışıqların müsbət nəticələr verdiyini bildirib.

ABŞ Prezidenti Pakistanın bu gecəki təklifini qəbul etdiyini, bu təklifə mümkün hücumların dayandırılmasını və Hörmüz boğazının açılmasını da daxil etdiyini bildirdi və deyib: "İrana qarşı bombardman və hücumları iki həftə müddətinə dayandırmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq."

İrandakı hərbi məqsədlərinə artıq çatdığını və İranla "uzunmüddətli" sülh barədə razılığa gəlməyə yaxın olduqlarını iddia edən Tramp, "İrandan 10 maddəlik təklif aldıq və bunun danışıqlar üçün etibarlı bir əsas olduğuna inanırıq" deyib.

ABŞ və İran arasındakı keçmiş mübahisələrin demək olar ki, hamısının razılaşma yolu ilə həll edildiyini qeyd edən Tramp, "Bu iki həftəlik müddət razılaşmanın yekunlaşdırılmasına və tamamlanmasına imkan verəcək" deyib.

Tramp həmçinin əlavə etdi ki, Yaxın Şərqdəki ölkələri "uzunmüddətli problemin həllində" təmsil etmək onun üçün şərəf olardı. Bu arada, Ağ Ev rəsmisi Anadolu Agentliyinin müxbirinin sualını cavablandırarkən, İsrailin də razılaşmanı qəbul etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
sesqazeti.az

1Mənbələr