AZ

Hande Erçelin narkotik testinin nəticəsi açıqlandı

Türkiyədə narkotik əməliyyatı çərçivəsində ifadə verən, qan və saç nümunələri götürülənlərdən biri də aktrisa Hande Erçel idi. Onun test nəticələri açıqlanıb.

BAKU.WS xəbər verir ki, Erçelin testlərində narkotikdən istifadəyə dair heç bir dəlil tapılmayıb və nəticəsi neqativ çıxıb.

Bu barədə Ədliyyə Tibb Qurumu məlumat yayıb.

Xatırladaq ki, Hande Erçel bundan əvvəl ifadəsində həyatı boyu heç vaxt narkotikdən istifadə etmədiyini bildirib.

Seçilən
22
far.az

1Mənbələr