AZ

Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Bakı. Trend:

7 aprel tarixində Qambiyanın paytaxtı Bancul şəhərindəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ilə QambiyaXarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan QambiyalılarNazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclasıkeçirilib.

XİN-dən Trend-ə verilən məlumata görə, siyasiməsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini YalçınRəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qambiya PrezidentAparatının rəhbəri cənab Aliyu Lum ilə nəzakət görüşü baştutub.

Bildirilib ki, görüş zamanı Azərbaycanla Qambiya arasındaqarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluqmünasibətlərindən məmnunluq ifadə olunub. Hər iki ölkə üçünqarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıqəlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıqistiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqətçəkilib.

Tərəflər siyasi məsləhətləşmələrin ilk iclasının diplomatikəlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarınınaraşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar.

Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev vəQambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə YaşayanQambiyalılar Nazirliyinin birinci daimi katibi və nazirliyindiplomatik xidmətinin rəhbəri Lanq Yabunun həmsədrliyi ilə siyasiməsləhətləşmələrin ilk iclası baş tutub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafı üçünmövcud imkanların daha səmərəli istifadəsinin vacibliyi vurğulanıb,xüsusilə iqtisadi, ticarət, təhsil, turizm, enerji və iqlimdəyişmələrinə qarşı mübarizə sahələri üzrə əməkdaşlıqistiqamətlərində müvafiq addımların atılmasının əhəmiyyəti qeydolunub. Bununla yanaşı, Qambiyada insan kapitalının inkişafınaAzərbaycanın verdiyi töhfələr və humanitar sahədə uğurla həyatakeçirilmiş layihələr alqışlanaraq, bu istiqamətdə fəaliyyətin davametdirilməsinə maraq ifadə edilib. Tərəflər çoxtərəfliplatformalarda, xüsusilə BMT, İƏT və QH çərçivəsində mövcudəməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu istiqamətdəəlaqələrin daha da genişləndirilməsinin zəruriliyinətoxunublar.

Eyni gündə, Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin merixanım Rohey Malik Lov ilə görüşüb. Görüşdə Azərbaycanın evsahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlərvə humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirəolunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
8
13
az.trend.az

10Mənbələr