AZ

İran nümayəndə heyətinə ABŞ ilə danışıqlarda Qalibaf rəhbərlik edəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aprelin 10-da Pakistanda ABŞ ilə keçiriləcək danışıqlarda nümayəndə heyətinə rəhbərlik edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ nümayəndə heyətinə isə Vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.

Qeyd olunub ki, Tehranın təklif etdiyi 10 bəndlik planın çərçivəsi təkcə nüvə proqramı və regional təhlükəsizliyi deyil, həm də son 45 ildə İrana tətbiq edilən ilkin və ikinci dərəcəli sanksiyaların ləğvini əhatə edir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr