AZ

Milli Məclisin deputatı AQTA-nın “Erkən kəsimə son” kampaniyasına dəstək verib

Bakı, 8 aprel, AZƏRTAC

Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, körpə quzuların erkən kəsilməsini düzgün hesab etmir.

“Mən də Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi kampaniyaya qoşuluram və dəstəkləyirəm. Sonuncu statistik rəqəmlərə baxdıqda, hesab edirəm ki, burada, ictimaiyyətin də fəallığına çox böyük ehtiyac var. İctimaiyyət bunu birmənalı dəstəkləməlidir”, – deyə deputat bildirib.

O, vətandaşlara çağrış edərək bildirib ki, sağlamlığımızı qorumaq və ərzaq təhlükəsizliyinin təmin olması naminə həmin kampaniyada aktiv iştirak etmək çox vacibdir.

Onun videomüraciəti ilə link vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
16
azertag.az

1Mənbələr