AZ

"ABŞ İrandakı əsas hərbi obyektləri 38 günə əldə edib" - Ağ Ev

Ağ Ev ABŞ-nin İranda hərbi hədəflərə çatdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livit bildirib.

O deyib ki, ABŞ İrandakı əsas hərbi məqsədlərinə nail olub.

Livitin sözlərinə görə, əməliyyat 38 gün davam edib və planlaşdırılandan daha uğurlu olub.

O əlavə edib ki, hərbi uğur diplomatik danışıqlar üçün imkan yaradıb.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl İranla iki həftəlik atəşkəs elan edib.

Qeyd olunub ki, bu qərar İranın Hörmüz boğazını açmağa razı olmasından asılıdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
46
41
redaktor.az

10Mənbələr