Sabunçu rayon sakini dəm qazından boğulub.

Leqal.info xəbər verir ki, hadisə dünən axşam saatlarında qeydə alınıb.

Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Tahirov da yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Leqal.info