AZ

Dünya küçələrində ETİRALAR: Turistlər restoranlardan QOVULDU

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada baş verənlər qlobal miqyasda böyük bir qəzəb dalğasına çevrilib. Dünyanın dörd bir yanında etiraz aksiyaları artarkən, sosial mediada diqqət çəkən görüntülər yayılıb. Avropadan Asiyaya qədər bir çox ölkədə baş verən diqqətçəkən hadisələr İsrailə qarşı reaksiyaların artıq sərhədləri aşdığını göstərir. İspaniyadan Kolumbiyaya, Vyetnamdan Norveçə qədər Qəzza ilə nə fiziki, nə də dini bağlılığı olmayan milyonlarla insan İsrailə qarşı etirazlarını davam etdirir.  İsrailli turistlər getdikləri hər yerdə eyni şüarlarla qarşılaşırlar: “Free Palestine (Fələstinə azadlıq), “Sionistlər burada istənilmir”  İnsanlar vicdanlarını dilə gətirir, dükan sahibləri israillilərə məhsul satmır, ofisiantlar sifarişlərini qəbul etmir, idmançılar onlarla əl sıxmır, oturduqları restoranların ətrafı dərhal Fələstin tərəfdarları ilə əhatə olunur. Asiyalı, avropalı və ya afrikalı olmasından asılı olmayaraq, insanlar sanki həmrəy şəkildə israilli turistlərə “Siz körpə qatillərisiniz, ölkəmizdə istənilmirsiniz” deyə etiraz edirlər. “Sabah” nəşrində yer alan məlumata görə, İspaniyanın Malaga şəhərində bir restoran sahibi müəssisəsində yemək yeyən israilliləri qovub və “Qəzzada uşaqları aclıqdan öldürürsünüz, burada sizə yemək verilməyəcək” dediyi görüntülənib.
Taylandda isə bir dükan sahibi istirahətə gələn israilli turistə xidmət göstərməkdən imtina edib. Dükan sahibi turistin üzünə “Azad Fələstin!” deyə qışqırıb.

Kambocada bir sahibkar dükanına “Epstein və israillilər daxil ola bilməz” yazılmış pankart asaraq israilli turistlərin içəri girməsinə icazə vermir. İrlandiyalı bir rəqqas qarşılaşdığı israilli ilə guya əl verirmiş kimi davranaraq ona ayaqqabısını uzadıb. Taylanddakı restoran sahibi israillilərə xidmət göstərməyib, fələstinlilərdən isə ödəniş almayıb.

Seçilən
21
Ajans.az

1Mənbələr