AZ

Aralıq dənizindəki Britaniya esminesi təmir üçün limana girməyə məcbur olub

Kiprdəki Britaniya hava bazasını qorumaq üçün Şərqi Aralıq dənizinə göndərilən Britaniyanın “Tip-45” sinifli “Dregon” esminesi Livanın “Hizbullah” hərəkatının gəmiyə zərbə endirməsi iddiaları fonunda təmir üçün limana daxil olub.

Herbiand.az bildirir ki, bu barədə The Daily Mail məlumat verib.

Məlumata görə, söhbət göyərtədə su təchizatı sistemində olan texniki problemdən gedir. Bununla belə, Britaniya Müdafiə Nazirliyi gəmiyə edilən hücumu birbaşa təsdiqləməyib və esminestin daxil olduğu limanın adını açıqlamayıb.

Bir müddət əvvəl İsrail televiziyasının 14-cü kanalı Şərqi Aralıq dənizindəki Britaniya gəmisinin Livandan atılan atəş nəticəsində zədələndiyini bildirmişdi. Qeyd edilmişdi ki, “Hizbullah” esminesi səhvən İsrail gəmisi ilə səhv salaraq atəş açıb. Britaniya Müdafiə Nazirliyi isə öz növbəsində esminesin zədələnməsi ilə bağlı məlumatları təkzib edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
39
herbiand.az

1Mənbələr