Tehran və Vaşinqton arasında 11 apreldə İslamabadda keçiriləcək danışıqlarda İslam Respublikasının nümayəndə heyətinə İslam Şurası Məclisinin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Məlumata görə, Amerikanın vitse-prezidenti J.D. Vens də ABŞ adından Pakistanda keçiriləcək danışıqlarda iştirak edəcək.
Ağarza Elçinoğlu