AZ

"Bavariya"nın futbolçusu tarixə düşdü

Almaniyanın “Bavariya” klubunun futbolçusu Mişel Olize yeni rekorda imza atıb.
 
Moderator.az xəbər verir ki, 25 yaşlı futbolçu buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real Madrid”i 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə etdikdən sonra nail olub.
 
Olize bununla XXI əsrdə Avropanın top-5 liqasında çıxış edən komandalar arasında bir mövsümdə bütün turnirlər üzrə 25 məhsuldar ötürmə edən ilk fransız futbolçu olub.
 
Seçilən
7
2
moderator.az

3Mənbələr