AZ

Atəşkəs Yaxın Şərqdə vəziyyətin yumşaldılması istiqamətində mühüm addımdır Kaya Kallas

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İran arasında atəşkəs regionda bir müddət davam edən gərginlikdən sonra Yaxın Şərqdə vəziyyətin yumşaldılması istiqamətində mühüm addım olub.

Redaktor.az xəbər verir ki, bu barədə  Avropa diplomatiyasının rəhbəri Kaya Kallas  sosial şəbəkə hesabında yazıb.

“ABŞ və İran arasında atəşkəs sazişi bir neçə həftə davam edən eskalasiyadan sonra təhlükəli həddən geri addım atmaq deməkdir. Bu, təhdidlərin səviyyəsini azaltmaq, raket hücumlarını dayandırmaq, gəmiçilik fəaliyyətini bərpa etmək və uzunmüddətli razılaşma əldə etmək üçün diplomatik imkanlar yaratmaq baxımından çox vacib fürsətdir”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
redaktor.az

2Mənbələr