AZ

Qalibaf müzakirə heyətinə rəhbərlik edəcək – İran KİV

Bakı. Trend:

10 apreldə İran və ABŞ arasında Pakistan paytaxtı İslamabaddakeçiriləcək müzakirələrdə İran heyətinə parlament sədri MəhəmmədBaqir Qalibaf rəhbərlik edəcək.

Bu barədə Trendİran mediasına istinadən məlumat verib.

Məlumata görə, sözügedən müzakirələrdə ABŞ heyətinəvitse-prezident Cey Di Vens başçılıq edəcək.

İslambadda İranın 10 maddəlik təklif paketinin çərçivələri haqdadanışıqlar aparılacağı bildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

1Mənbələr