ABŞ-ın Respublikaçılar partiyasından olan konqresmen Kris Mörfi Vaşinqton və Tehran arasında əldə olunan atəşkəs şərtlərini kəskin tənqid edərək, bunu "fəlakət" adlandırıb.
Publika.az xəbər verir ki, konqresmen bu barədə CNN telekanalının efirində danışıb. O, xüsusilə Hörmüz boğazı üzərində nəzarətin İrana keçməsi ehtimalından narahatlığını ifadə edib:
“Bütün bunların nə dərəcədə doğru olduğunu kimsə bilmir. Lakin əgər bu razılaşma İrana boğazı idarə etmək hüququ verirsə, bu, bütün dünya üçün fəlakətdir. Prezident Donald Trampın atdığı hərbi addımların nəticəsində İranın müharibədən əvvəl sahib olmadığı strateji su yoluna nəzarəti ələ keçirməsi sadəcə heyrətamizdir”.
Mörfi, həmçinin atəşkəs şərtlərinin həqiqiliyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Vaşinqton və Tehran sazişin bəndlərini tamamilə fərqli şəkildə şərh edirlər ki, bu da vəziyyətin qeyri-müəyyənliyindən xəbər verir.