AZ

Bir ailənin 5 üzvü pizzadan zəhərləndi - YENİLƏNİB

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.

***

Şirvanda bir ailənin 5 üzvü zəhərlənib.

Redaktor.az xəbər verir ki, bir ailənin 5 üzvü qida zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirlib.

Onların restorandan evə sifarişlə gətirilən pizzadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
3
redaktor.az

10Mənbələr